Futbol üzrə Azərbaycan I və II Liqasının başlama tarixləri bəlli olub.

Mia.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

II Liqa sentyabrın 1-də start götürəcək. I Liqa isə bundan 10 gün sonra – 11 sentyabrda başlayacaq.