ABŞ-ın ev sahibliyi etdiyi 2024-cü il Cənubi Amerika Futbol Çempionatının ("Copa America") açılış matçında Argentina Kanadanı qəbul ediib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, “Mercedes-Benz” stadionunda A qrupunda yer alan Argentina Kanadanı 49-cu dəqiqədə Julian Alvares və 88-ci dəqiqədə Lautaro Martinezin qolları ilə 2-0 məğlub eləyib.

Argentinanın heyətində oynayan Lionel Messi ikinci qolun ötürməsini verib və bununla da Amerika Kubokunda 7 fərqli matçda assistentlik edən ilk futbolçu olub. 

Qrupun ikinci oyununda Argentina Çili ilə qarşılaşacaq. Kanada isə Peru ilə "döyüşəcək".

Fərid Aslan

MİA.AZ