Bu gün Avropa çempionatının qrup mərhələsində İspaniya millisi  İtaliyaya qarşı inamlı qələbə qazanıb.

Mia.az xəbər verir ki, erkən final sayılan oyunun 55-ci dəqiqəsində italyan futbolçu Rikkardo Kalafiori avtoqola imza atıb.

İspaniyalı futboilçular bundan sonra dəfələrlə qol fürsətləri yaratsa da, hesabı dəyişə bilməyiblər.

Beləliklə, oyundakı yeganə qol ispanları növbəti mərhələyə daşıyıb.

Fərid

MİA.AZ