"Trabzonspor"da transfer prosesi sürətlənib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Bordo-mavi" komanda Anthony Nvakaemeni yenidən heyətinə qatıb.

Onunla yanaşı, Borna Barişiç, Con Lundstram və Denis Draqusla da müqavilə imzalanıb.

Məlumata görə, klub hazırda Məhəmməd Çamı heyətinə qatmaq üzrədir: "Qara dəniz komandası onun mənsub olduğu "Klermont"la danışıqlar aparır. Abdullah Avçı klub rəhbərliyindən “Marsel”də çıxış edən Samuel Giqotanında transferini bitirməyi istəyib...".

Fərid

MİA.AZ