Türkiyə yığmasının yarımmüdafiəçisi Arda Gülər "Real Madrid"i tərk edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, AVRO-2024-də Gürcüstana vurduğu qolla dünya mediasının manşetlərini bəzəyən Arda Gülər qarşıdakı mövsümdə "Real Madrid"in formasını geyinməyəcək.

Türkiyə mediası iddia edir ki, Madrid klubu onu "Real Sosyedad"a icarəyə verəcək: "Artıq "Real Madrid" "Real Sosyedad"ın icarə təklifinə "yaşıl işıq" yandırıb. Madrid klubu Ardanın ilk 11-likdə oynamasına zəmanət verildiyi üçün bu təklifə "hə" deyib. Hazırda "Real Madrid"in AVRO-2024-ün sonunu gözləyir. Yarış bitən kimi, türk futbolçunun gələcəyinə rəsmi imza atılacaq".

Fərid

MİA.AZ