Julen Lopeteqinin baş məşqçi təyinatından sonra iddialı kluba çevrilən İngiltərəninı "Vest Hem" klubu "Fənərbağça"nın qapısını döyüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ingilislər İstanbul klubunun həm mərkəz, həm də sol cinah müdafiəsində uğurla çıxış edən
hollandiyalı Jayden Oostervoldeni heyətinə qatmaq istəyir.
Türkiyə mətbuatı yazır ki, İstanbul klubu ingilislərəin qarşısına minimum 25 miıyonluq tələb qoyub: "Bu pulu ödəsəniz, danışqıara başlaya bilərik".
Xatırladaq ki, ötən mövsüm "Fənərbağça"nın heyətində 43 rəsmi matçda oynayan Oostervoldenin klubla 2027-ci ilə qədər müqaviləsi var.
Fərid Aslan
MİA.AZ