"Samsunspor" yeni baş məşqçi ilə anlaşma imzalayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub Tomas Reislə 1+1 illik müqavilə bağlayıb.

İmzalanma mərasimindən sonra çıxış edən baş məşqçi Tomas Reis şəhərdən çox xoşlandığını deyib: "Samsun çox gözəl şəhərdir. Buraya gəldiyim üçün xoşbəxtəm. Stadionu, bazanıi və "Samsunspor" Futbol Akademiyasını ziyarət etdim, çox bəyəndim. Burada uğurlar qazanmaq üçün əlimdən gələni edəcəyəm. Azarkeşlərimizin dəstəyi ilə komandamızı uğura aparacağımıza inanıram."

Fərid Aslan

MİA.AZ