Almaniyanın ev sahibliyi edəcəyi AVRO-2024-ün başlamasına bir gün qalıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Fənərbağça"nın yeni baş məşqçisi Joze Mourinyo "TNT Sports" kanalına AVRO 2024 ilə bağlı proqnozlarını açıqlayıb.

Dünya şöhrətli çalışdırıcının proqnozuna görə, Portuqaliya AVRO-2024-ün qalibi olacaq: "İngiltərənin isə ikinci yerə sahiblənəcək. Ümumiyyətlə, AVRO-2024-ün sürpriz komandaları İtaliya, Hollandiya, İspaniya və Almaniya olacaq. Qızıl ayaqqabının sahibinə gəlincə, düşünürəm ki, buna Harri Keyn sahiblənəcək. Ancaq turnirin ən yaxşı oyunçusu Jude Bellinqhem seçiləcək".

Fərid Aslan

MİA.AZ