“Qalatasaray” Kişi Basketbol Komandası ötən mövsüm “Aliağa Petkimspor”da çıxış edən 28 yaşlı amerikalı qolçu David Efianayi heyətinə qatıb.

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu barədə klub açıqlama verib.

Bildirilib ki, liqanın ən yaxşı ikincisi seçilmiş oyunçu ilə 2024/25 mövsümü üçün anlaşma imzalanıb: "Oyun başına ortalama 19,8 xalla liqanın ikincisi seçilən amerikalı oyunçu David Efianayi ilə 1 illik müqavilə bağlanıb".

Fərid Aslan

MİA.AZ