"Səbail" futbolçusu Hüseynəli Quliyevlə yeni müqavilə imzalayıb.

Mia.az xəbər verir ki, onunla yeni - 2 illik müqavilə bağlanıb.

2022-ci ildən "dənizçilər"in formasını geyinən 24 yaşlı qapıçı ötən mövsüm 5 oyunda (450 dəqiqə) meydana çıxıb.

Qeyd edək ki, Bakı təmsilçisi buna qədər Ağabala Ramazanov və Adil Nağıyevlə yolları ayırdığını, Yusif Nəbiyevlə müqaviləni yenilədiyini, Fərid Nəbiyevi isə transfer etdiyini rəsmən açıqlayıb.