“Araz-Naxçıvan” müqavilə müddəti başa çatan 6 futbolçu ilə yenidən anlaşıb.

Mia.az verir ki, klub Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson və Elçin Mustafayevlə yeni müqavilə bağlayıb.

Qeyd edək ki, daha bir neçə futbolçu ilə danışıqlar aparan “Araz-Naxçıvan” buna qədər Urfan Abbasov, Ömər Buludov, Tərlan Əhmədli və Ülvü İsgəndərovu transfer edib.