Türkiyə 1-ci Liqasının pley-off finalında "Sakaryaspor"u məğlub edən "Bodrum FK" Super Liqaya yüksələn sonuncu komanda olub.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, "Eyüpspor" və "Göztepe"dən sonra "Bodrum FK" bu gün "Sakaryaspor"la "döyüş"dən 3-1 qalib ayrılaraq tarixi uğura imza atıb.

Əsas vaxtı 1-1 bitən matçda "Bodrum" əlavə vaxtda vurduğu qollarla rəqibini 3-1 məğlub edib.

Fərid

MİA.AZ