Xəbər verdiyimiz kimi, "Avroviziya 2024" beynəlxalq mahnı müsabiqəsinin qalibi "The Code" mahnısı ilə İsveçrə təmsilçisi Nemo olub.
Məlumata görə, "Avroviziya 2025"in ölkənin hansı şəhərində keçirilməsi haqda suallar yaranıb. Müsabiqəyə ev sahibliyi etmək istəyən namizədlər arasında Cenevrə, Bazel və Sankt-Qallen şəhərləri yer alıb.
Amma namizəd şəhərlər beynəlxalq müsabiqəni qəbul edə bilmək üçün bir sıra şərtləri yerinə yetirməlidir. Buraya böyük konsert zalı, hotellərdə qonaqların yerləşməsi üçün kifayət qədər yerin olması daxildir.
Nemo müsabiqənin doğulduğu Bieldə keçirilməsinin tərəfdarı olduğunu bildirib. Lakin o, etiraf edib ki, şəhərdə bütün iştirakçılar və qonaqlar üçün kifayət qədər yerləri olmayacaq(Axsam).