Azərbaycan məscidlərində Ramazan bayramı namazı Əjdərbəy məscidində aprelin 10-u saat 08:00-da, Təzəpir məscidində isə saat 09:00-da qılınacaq.
Qafqaz Müsəlmanları İdarəsindən Mia.az-a bildirilib ki, bayram namazı həmçinin digər məscidlərdə də 08:00 və 09:00-da qılına bilər: "Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00, Təzəpir məscidində 09.00-a təyin edilib".
Xəbərdə o da qeyd olunub ki, namaz vaxtını məscid imamları camaatın istəyinə uyğun olaraq müəyyənləşdirə bilərlər.
Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 10-u və 11-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.
***
Ölkəmizdə Ramazan bayramının namazı vaxtı açıqlanıb.
Bu barədə Mia.az-a Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədli deyib.
O bildirib ki, bayram namazı məscidlərdə aprelin 10-u, saat 09:00-da qılınacaq.