Şirvan şəhərində yerləşən Araz zavodunda baş verən partlayış nəticəsində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz tibbi yardım şöbəsinə müxtəlif xəsarətlərlə üç nəfər (kişi cinsli) hospitalizasiya olunub.
TƏBİB-dən Mia.az-a verilən məlumata görə, 1992-ci il təvəllüdlü şəxs sol əlin əzilmiş cırılmış yarası, 2001-ci il təvəllüdlü şəxs alın nahiyəsinin çapılmış yarası, 1999-cu il təvəllüdlü şəxs isə barotravma diaqnozu ilə tibb müəssisəsinə daxil olub.
Hər üç şəxsə zəruri tibbi xidmət göstərilir.
***
Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Araz” zavodunda partlayış olub, iki nəfər xəsarət alıb.
Məlumata görə, hadisə zamanı Sabirabad rayon sakini, 1992-ci il təvəllüdlü Babayev İlkin Cahangir oğlu, Şirvan şəhər sakini, 2001-ci il təvəllüdlü Muradov İsmayıl İntiqam oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır(Report).
***
Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində partlayış baş verib.
Mia.az xəbər verir ki, hadisə Şirvan şəhərindəki “Araz” zavodunda qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır, ölən və yaralananların olub-olmaması dəqiqləşdirilir.
Müdafiə Sənayesi Nazirliyindən bildirilib ki, məlumat hazırda dəqiqləşdirilir.