İranda ABŞ-a məxsus daha bir F-35 qırıcısı vurulub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sensasiyalı məlumatı İran İnqilab Keşikçiləri Korpusu yayıb.
Qeyd edilib ki, hava hücumundan müdafiə sistemləri İranınn mərkəzi bölgəsində F-35 qırıcı təyyarəsini vurub: "İran İnqilab Keşikçiləri Korpusunun qabaqcıl hava hücumundan müdafiə sistemi tərəfindən ölkəmizin hava məkanında Amerika istehsalı olan qabaqcıl F-35 qırıcı təyyarəsi məhv edilib. Bu, son 12 saatda vurulan ikinci qırıcı təyyarədir”.
Məlumatda təyyarənin tamamilə məhv olması səbəbindən pilotun taleyi ilə bağlı hələlik məlumat alına bilmədiyi qeyd edilib.
Vurulan təyyarənin görüntüləri ölkə mediası tərəfindən paylaşılıb.
Vurulan təyyarənin ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələrinin də yerləşdiyi Böyük Britaniyadakı Lakenheath Hava Bazasında yerləşən eskadrilyaya aid olduğu bildirilib.
Xatırladaq ki, İran 19 martdada ABŞ-ın F-35 təyyarəsini vurduğunu elan edib.
Firudin Səfərli
Mia.az