Bu gün Türkiyə Böyük Millət Məclisi (parlamenti) İsveçin NATO-ya üzvlüyünü müzakirəyə çıxaracaq.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokol ilk dəfə ötən ilin noyabrın 16-da parlamentin Xarici Əlaqələr Komissiyasının gündəliyində müzakirə olunub.
Məlumata görə, üzvlük məsələsi ilə bağlı Protokol dekabrın 26-da Xarici Əlaqələr Komitəsi tərəfindən qəbul edilib və plenar iclasa tövsiyə olunub.
Lamiyə Əhmədli
MİA.AZ