"İsrailə hücumların arxasında İran dayanmayıb".
Mia.az TRT-yə istinadla xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani paytaxt Tehranda keçirdiyi mətbuat konfransında deyib.
Qəzzadan İsrailə hücumları İranın planlaşdırdığına dair mətbuatda yer alan xəbər barədə danışşan sözçü bildirib ki, Fələstinin özünü müdafiə etmək gücü var: "İranın rolu ilə bağlı bəzi bəyanatlar və ittihamlar siyasi məqsədlərə uyğun olaraq, İsrailin zəifliyini və məğlubiyyətini görməmək üçün edilir. Bu yalanlar diqqəti başqa yerə çəkmək üçündür”.
Tahir
MİA.AZ