Rusiya lideri Putinə qarşı başlatdığı qiyamdan 2 ay sonra şübhəli şəkildə baş verən təyyarə qəzasında ölən “Vaqner” qrupunun lideri Priqojin ölümünün 40-cı günündə maraqlı xəbərlər yayılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 40 mərasimində Priqojnin Sankt-Peterburqdakı məzarını ziyarət edənlər arasında 83 yaşlıı anası Violetta və 25 yaşlı oğlu Pavel də olub.
Dünya mətbuatı yazır ki, Pavel indi təkcə atasının azı 100 milyon funt-sterlinqlik şəxsi nağd sərvətinə sahib deyil, o, çoxsaylı daşınar və daşınmaz əmlaklar üzərində də həlledici statusa çevrilib: "O, böyük ehtimalla atasının yaratdığı "Vaqner" qrupuna da yiyələnəcək".
Yeri gəlmişkən, Priqojinin 40 mərasimində onun məzarına toplaşanlar əllərində “Qan, namus, vətən, igidlik” yazılmış plakatlar tutublar.
Tahir
MİA.AZ