Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə yeni təyinat olub.
Mia.az xəbər verir ki, nazir Məcnun Məmmədovun əmri ilə Sərdar Hacıyev adıçəkilən vəzifəyə təyinat alıb.
Mia.az-a verilən məlumata görə, o, dünən kollektivə təqdim olunub.
Xatırladaq ki, o, bu vəzifəyə qədərə "PAŞA Holdinq" MMC-yə məxsus “Yalama Aqropark” MMC-nin İdarə Heyətinin sədri olub.
Samir
MİA.AZ