Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri ilk dəfə Ukraynanın paytaxtı Kiyevdə bir araya gəlib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qeyri-rəsmi toplantıdan əvvəl Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell mətbuat konfransı keçiriblər.
Borrell çıxışında dyeib ki, Ukraynanın gələcəyi Aİ-dədir: "Biz hazırda Avropanın təhlükədə olduğu bir dönəmdə Kiyevə toplaşmaqla, Ukraynayaya sarsılmaz dəstəyimizi ifadfə ediirk. Ukraynanın gələcəyi Avropa İttifaqı ilə bir yerdədir. Bizim Kiyyevə davamlı dəstəyimiz dayanmayacaq. Əksinə güclənəcək".
Bir jurnalistin ABŞ-ın müvəqqəti büdcə layihəsində Ukraynaya yeni hərbi yardım paketinin olmaması ilə bağlı sualına cavab olaraq Borrell bildirib ki, bu müharibə bütün dünya üçün ağır yaralar buraxıb: "Əlbəttə, bu, dünyadakı hər kəsə belə görünməyə bilər. lakin biz avropalılar üçün bu müharibə ekzistensial təhlükədir. Əlbəttə, biz ABŞ-ın Ukraynaya əvəzsiz dəstəyini bilirik və əminik ki, bu, belə də davam edəcək".
Lamiyə
MİA.AZ