Türkiyənin paytaxtı Ankarada Daxili İşlər Nazirliyi ilə şəhər Polis İdarəsinin binalarnın qarşısında canlı bomba özünü partladıb.
Mia.az NTV-yə istinadla xəöbər verir ki, bu barədə nazir Ali Yerlikaya açıqlama veirb.
O bildirib ki, DİN binasının qarşısına "ticarət maşını" ilə gələn terrorçular beton baryerləri aşa bilməyiblər.
Bu zaman DİN binasının 50 metrliyində çıxan atışmada iki polis yüngül yaralanıb: "Terrorçular maşınla Polis İdarəsinin qarşısına gəliblər. Onlardan biri özünə bağladığı bombanmı partladıb. digər isə polislərimiz tərəfindən məhv edilib".
NTV-nin məlumatına görə, terrorçular DİN və Polis İdarəsinin hədəfə alıblarmış.
Onu da qeyd edək ki, atışma baş verən həmin ərazinin 100 metrliyində Türkiyə parlamenti , Müdafiə Nazirliyi və digər nazirliklər də yerləşir.
Tahir
MİA.AZ