Ötən gün Qarabağ bölgəsinin Xankəndi şəhərində baş verən partlayışda ölənlərin sayı artır.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Anait Avanesyan açıqlama verib.
O bildiriib ki, ölənlərin sayının 20-dən 125-ə yüksəlib: "Partlayışda həyatını itirən 125 nəfərin cəsədi Ermənistana gətirilib. Onların şəxsiyyətləri müəyyənləşdirilib".
Məlumata görə, yanacaqdoldurma məntəqəsinin çənində baş verən partlayışda 300-dək yaralı var.
Xatırladaq ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Xankəndi-Əsgəran yolunun yaxınlığındakı yanacaq çənində baş vermiş yanğın Azərbaycan yanğınsöndürənləri tərəfindən söndürülüb.
Tahir
MİA.AZ