İsraildə məhkəmə islahatı layihısinə görə böyük bir böhrana yol açan ölkənin baş naziri Netanyahunun yaxın günlərdə ABŞ-a səfər edəcəyi barədə xəbər rəsmi Vaşinqton tərəfindən təkzib edilib.
Mia.az-ın məlumatına görə, Ağ Ev İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-a səfər planının hələlik gündəmdə olmadığını bildirib.
Ağ Evin mətbuat katibinin müavini Oliviya Dalton jurnalistlərin suallarına cavabda deyib ki, Netanyahu da İsrailin əvvəlki rəhbərləri kimi, Amerikaya gələ bilər: "Ancaq hələlik yaxın günlər üçün belə səfər nəzərdə tutulmayıb".
Xatırladaq ki, ABŞ-ın İsraildəki səfiri Tom Nides Benyamin Netanyahunun yaxın vaxtlarda Vaşinqtona səfər edəcəyini açıqlamışdı.
Lamiyyə Əhmədli
MİA.AZ