Türkiyənin Osmaniye şəhərinin Gökçedam kəndində zəlzələdən sonra bir km-dən çox böyük çat yaranıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, kənddə Hemite qalasından Ceyhan çayının sahillərinə qədər uzanan təxminən 1 kilometr ərazidə yaranan çatlaırn dərinliyi 2 metrdən çoxdur.
Kənddə yaşayan Səlahəddin Cömert sosial media hesabında bu barədə paylaşım edib: "Kəndimizdə 1 kilometrlik böyük yarıqlar və çuxurlar əmələ gəlib. Bu, zəlzələnin böyüklüyünü bir daha ortaya qoyur".
Xatərladaq ki, fevralın 6-da baş verən zəlzələdə Osmaniyedə 1008 nəfər həyatını itirib, 2604 nəfər yaralanıb. Bununla bərabər, şəhərdə xeyli ev, obyekt və təsərrüfatlara böyük zərər dəyib.
Lamiyə
MİA.AZ