Ərdoğanın sədri olduğu AK Partiyanın HÜDA PAR adlı partiya ilə ittifaq qurması Türkiyədə birmənalı qarşılanmayıb.
Mia.az xəbər verir ki, bu gün iki partiyanın mayın 14-də keçiriləcək prezident və parlament seçkləri ilə bağlı razılşmasın İYİ partiyadan da maraqlı şərh verilib.
Partiyanın sözçüsü, professor Kürşad Zorlu keçirdiyi brifinqdə AK Partiyanın Cumhur İttifaqına topladığı xırda partiyalar hesabına yeni "6-lı Masa" yaratdığını bildirib: "Əvvəllər bizə "6-lı Masa" deyirdilər. ancaq biz artıq Millət İttifaqına çevrildik. Adımız da buna dönüşdü. Qənaatim odur ki, "6-lı Masa" artıq Cumhur İttifaqı olub. Onların da digər partiyalarla birlikdə sayını topladığımızda, artıq yeni bir "6-lə Masa"nın ortalıqda olduğunu görürük...".
Zülfyyə
Mia.az