"Prezidentliyə namizədliini rəsmən elan edən Məmləkət Partiyasının sədri Məhərrəm İncə geri - yuvasına dönməlidir".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri CHP Elazığ millət vəkili Gürsel Erol deyib.
O, Türkiyə mediasına açıqlamasında bildirib ki, Məhərrəm İncənin Kılıçdaroğlunun lehinə namizədlikdən geri çəkilməsini gözləyirlər: "O, çox ağıllı və mıəntiqili adamdır. Yuvasına - CHP-yə geri dönər deyə düşünür və açığı, gözləyirəm".
Xatırladaq ki, 2018 prezident seçkilərində prezidentliyə namizəd olan M.İncə seçkidən sonra CHP-dın istefa verərək, öz partiyasını yaradıb.
Samir
Mia.az