2021-ci ildə İtaliyada bəzi məxfi sənədləri Rusiyaya sızdırarkən cinayət başında yaxalanan italyan zabit Valter Biot 30 il həbs cəzasına məhkum edilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Roma hərbi məhkəməsi casusluqda günahlandırılan dəniz zabiti Biota bu gün hökm oxuyub.
Hökmə əsasən, pul qarşılığında Rusiyanın Romadakı səfirliyinə məxfi sənədləri verən zabit əməliyyatla iş başında tutulub. O, həm ölkənin, həm də NATO-nn məxfi sənədlərini Rusiyaya ötürməkdə ittiham olunub: "Ümumilikdə 19 sənəddən söhbət gedir".
Biotun vəkili isə ittihamları qəbul etməyib.
Samir Musayev
Mia.az