Prezident Ərdoğan mayın 14-də keçiriləcək prezident və parlament seçkilərində aparacaqları kampaniya ilə bağlı detalları açıqlayıb.
Mia.az TRT Haber-ə istinadla xəbər xəbər verir ki, o, seçki kampaniyasının musiqisiz, çalğısız, konsertsiz həyata keçirəcəklərini deyib.
Prezident bunu zəlzələdə həlak olanlarla əlaqələndirib: "Hazırladığımız bütün musiqiləri qadağan edirik, musiqisiz kampaniya olacaq, ikitərəfli görüşlərlə bu kampaniyanı davam etdirəcəyik..."
Ərdoğan Cumhur İttifaqının siyahısı ilə parlament seçkilərinə qatılacaq namizədlərə də bəribaşdan çağırış edib: "Sizlərin hər birindən AFAD-a yardım etmənizi gözləyirəm".
Lamiyə
MİA.AZ