Prezident Ərdoğan seçkilərin mayın 14-də keçirilməsi ilə bağlı fərmanı imzaladıqdan sonra YSK (MSK) seçki təqvimini də açıqlayıb.
Mia.az xəbər verir ki, seçki tarixinin rəsmən elan olunmasına Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu münasibət bildirib.
O deyib ki, ölkənin dəyişikliyə ehtiyacı var: “Türkiyənin dəyişikliyə ehtiyacı var. Xeyirli olsun”.
Xatırladaq ki, qanuna görə, mayın 14-də seçkidə prezidentliyə namizədlər yetərli səs toplaya bilməzsə, ikinci turda - mayın 28-də təkrar seçki olacaq.
Samir Musayev
Mia.az