Millət İttifaqı CHP sədri Kamal Kılıçdaroğlunu Prezidentliyə namizədliyini elan etmədinə kürdlərin partiyası hesab olunan HDP-dən münasibət bildirilib.
Mia.az xəbər verir ki, sosial şəbəkə hesabından paylaşım edən HDP həmsədri Mithat Sancara yazıb: “Cənab Kılıçdaroğlunun namizədliyi münasibətilə təbrik edirik, mərkəzi qərargahımızda müzakirə üçün onu gözləyirik".
HDP-nin bu mesajına VHP cavabsız qalmayıb.
Partiyanın parlamentdəki Qrupunun sədr müavini Özgür Özəl deyib ki, Prezidentliyə namizəd kmi Kamal Kılıçdaroğlu bütün siyasi partiyaları ziyarət etmək məcburiyyətindədir: "Bu baxımdan, Kamal bəyin HDP-ni ziyarəti də gerçəkləşəcək".
Samir MUSAYEV
Mia.az