Aşıq Mahzuni Şərifin oğlu Əmrah Mahzuni İYİ Partiyasından istefa verib.
Mia.az xəbər verir ki,bu barədə o, sosial şəbəkə hesabından paylaşım edib:
"Əziz dostlar, ölkəmizin qaranlığa doğru yön aldığı bir vaxtda bir dostumun xahişi ilə İYİ Partiyaya dəvət olundum. Amma olayların əsl siması mənim şəxsiyyətimə və dünyagörüşümə uyğun gəlmədiyindən 3 ay əvvəl üzv olduğum partiyadan istefa verirəm.".
Qeyd edək ki, aşıq Mahzuni Şərif Türkiyənin ən məşhur sənət adamlarından biri olub.
Zülfiyyə
MİA.AZ