Maral Akşenerin "6-lı Masa"dan getməsi Türkiyə siyasətində aktivlik xeyli yüksəlib.
Mia.az xəbər verir ki, hazırda həbsdə olan HDP həmsədri Səlahəddin Dəmirdaş da Tviter-dəki hesabından "Milət İttifaqı" ətrafında baş verənlərlə bağlı yazıb.
O bildirib ki, "dünəndən daha çox vahid olacağıq, bir-birimizi daha möhkəm qucaqlayacağıq. Sən, mən yox, biz varıq. Birlikdə qazanacağıq".
Dəmirdaş digər paylaşımında isə belə yazıb: "Narahat omayın, liderlərin də sadəcə bir səsi var, eynən siizn kimi. Möhür sizin əlinizdədir. Gözəl sabahlar sizin əlinizdədir. Siz xalqsınız. İnandığınız yolda yürüyün, liderlər sizin arxanızdan gəlsin".
Samir
MİA.AZ