İYİ Partiya sədri Meral Akşenerin 6 partiyanı birləşdiyi "Masa"da 5 liderin CHP lideri Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləməsinə etiraz olaraq bu gün verdiyi açıqlamalarla bağlı CHP-nin İstanbul şəhər təşkilatının sədri Canan Kaftancıoğlu paylaşım edib.
Mia.az xəbər verir ki, o, Tviter-dəki paylaşımında Akşenerin "6-lı Masa"dan ayrılmasından narahat olmadıqlarını bəyan edib:
"Heç vaxt ümidsiz olmayın. Zəlzələdən zərərçəkən bir vətəndaşımız demişkən, "zəlzələnin özünü bəlkə unuda bilərəm, ancaq sonrasında yaşadığım və ölənlər şanslı dediyim o üç günü unutmam əsla mümkün deyil'. Xalqımız və itirdiklərimizin üzü suyu hörmətinə birlikdə elə bir tarix yazacağıq ki. Ge-de-cək-lər!".
Samir
MİA.AZ