"Deməli, xüsusi əməliyyatla Rusiyanın qazandığı yeni ərazilər (Referendumla Rusiya birləşdirilən Ukraynaya məxsus əraziləri nəzərdə tutur- Mia.az) var və bunların tərəfimizdən sonsuzadək qorunacağına kimsə şübhə etməməlidir".
Mia.az Rusiya mediasına istinadla xəbər verir ki, bu sözləri Moskvada jurnalistlərlə söhbətində Prezident Putinin sözçüsü Dmitri Peskov deyib.
O, bildirib ki, bu, Rusiya Konstitusiyada dəqiq yazılıb: "Kimsə bunu nəzərdən qaçırmamalıdır. Rusiya tərəfi nənki təslim olmaq, ümumiyyətlə, yeni ərazilərindən heç vaxt vaz keçən deyil. Əksinə, Rusiya Federasiyasının xüsusi hərbi əməliyyatı tam hədəfinə çatanadək davam edəcək".
Rəsmi Kiyelə danışıqlara toxunan Peskov deyib ki, hələlik qarşı tərəfdə bu istək görünmür: "Əlbəttə, əməliyyatlarımızın davamı və digər məsələlər ətrafında masa arxasında müzakirə aparılması yaxşı olardı. Rusiya heç vaxt dialoq üçün qapılarını bağlamayıb. Bunu Kiyev rejimi diqqətə almalıdır. Onlar mövcud gerçəklikləri də unutmamalıdır".
Samir Musayev
Mia.Az