1,5 ay əvəvl "Kim Milyoner Olmak İster" proqramına qatılan yarışmaçı Simay Atlı Kahramanmaraşda zəlzələdə həlak olub.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, tələbə olan 21 yaşlı Simay Atlı Kahramanmaraşda yaşadığı binanın çökməsi nəticəsində həıyatını itirib: "Simay Atlı və anasının meyitləri zəlzələdən bir neçə gün sonra dağıntılar altında çıxarılıb...".
Xatırladaq ki, yarışmada əyləncəli hərəkət və danışıq tərzi ilə yyadda qalan Simay 5 min lirəlik 4-cü suala səhv cavab verərək, yarışmadan ayrılmışdı.
Ləman
Mia.az