HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaş həbsxanadan siyasi partiya liderlərinə və CHP sədri Kamal Kılıçdaroğluna çağırış edib.

Mia.az Haberler.com-a istinadla xəbər verir ki, o, "tviter"dəki paylaşımında xalqı və siyasi təşkilatları Kamal Kılıçdaroğlunun ətrafında birləşməyə səsləyib.

Xalqın çətin vəziyyətdə olduğunu iddia edən Dəmirtaş CHP lideri Kılıçdaroğlu ilə müxalifəti birliyə çağırıb: "İrəli, Əmək və Azadlıq İttifaqı!, Sosialist Güc Birliyi, irəli!, Millət İttifaqı, irəli!, Kamal bəy, irəli! Yan-yana irəliləyin. Birləşdirin, barışdırın...".

Xatırladaq ki, Səlahəddin Dəmirtaş terror qruplaşması PKKK-ya dəstək ittihamı ilə həbs olunub. 

Zülfiyyə,

Mia.az