Hollandiya 5 rus diplomatını ölkədən qovub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Hollandiya hökuməti həmin diplomatların kəşfiyyatçı olduğunu qeyd edərək, belə sərt qərar verdiklərini açıqlayıb.
Məlumata görə, rus diploamtları 2 həftə ərzində ölkəni tərk etməlidir.
Hollandiya hökumətinin yazılı açıqlamasına görə, Rusiyanın holland diplomatlarını Moskvadan qovmasından sonra bu ölkə ilə aparılan danışıqlar fiaskoya uğrayıb: "Hollandiya bundan sonra Rusiyanın Sankt Petersburq şəhərindəki Baş konsolluğunu da bağlayacaq. Bununla bərabər, Rusiyanın Amsterdamdakı Ticarət Ofisi də fevralın 21-dən etibarən qapadılacaq".
Samir MUSAYEV,
MİA.AZ