Malatyada 4,7 bal gücündə zəlzələ olub.

Mia.az Haberler.com-a istinadla xəbər verir ki, bu barədə AFAD açıqlama yayıb.

Bildirilib ki, zəlzələ nəticəsində şəhərin Yeşilyurd rayonunda qismən qəzalı olan yaşayış binası önə yatıb, bir məscidin isə çökmə təhlükəsi artıb.

Məlumata görə, bu ərazidə yol hərəkətə tamamilə qapadılıb: "Fuzuli küçəsində fevralın 6-dakı zəlzələdən sonra sakinləri boşaldılmış 4 mərtəbəli bina bugünkü sarsıntıdan sonra qabağa doğru əyilib, əraziyə yaxın bir məscidin minarələri dağılıb, məscidin özü isə çökmə təhlükəsi ilə üzləşib..."

Lamiyə Əhmədli

Mia.az