Rusiya-Ukrayna müharibəsi səbəbindən bir çox ölkə ilə diplomatik əlaqələri pozulan Putin administrasiyası Avstriyanın Moskvadakı səfirliyində çalışan 4 diplomatı “persona non qrata” elan edib.
Mia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşər Nazirliyi açıqlama yayıb.
Açıqlamaya görə, adıçəkilən ölkənin Moskvadakı səfiri Verner Almhofer nazirliyə çağırılıb: "Ondan rusiyalı rəsmilərə Avstriyanın niyə viza verməməsi barədə izahat tələb olunub. Daha sonra səfirə nota təqdim edilib. Notada fevralın 23-ü gecə saat 23.59-dək 4 diplomatın Rusiyanı tərk etməsi tələb olunub".
XİN xatırladıb ki, Avstriyaya gedən Rusiya rəsmi nümayəndələrinə viza verilməsinin cavab tədbiri olacaq: "Bu hərəkət cavabsız qalmayacaq".
Samir,
Mia.az