Bu gün Hatayın Antakya rayonundan dağıntı altından çıxarılan  62 yaşındakı qadının ilk sözü ürəıkləri parçalayıb.

Mia.az NTV-yə istinadla xəbər verir ki, texnoloji cihaz vasitəsi ilə dağıntıalr altında sağ olduğu müəyyən olunan 62 yaşında Səlma Güneş 108 saat sonra çökən binanın altından çıxaırlıb.

Onun gün işığına çıxan kimi ilk sualı isə əri ilə bağlı olub: "Ərim yaşayırmı? Yaşamırsa, mənim də yaşamağıın mənası yoxdur"

Zülfiyyə,

Mia.az