Dünyanın hər yerindən Türkiyəyə yardımlar göndərilir. 

Mia.az xəbər verir ki, İtaliya  Türkiyəyə yardımı Mövlananın məşhur sözlərini sloqana çevrirməklə yollayıb.

İtaliyanın Mülki Müdafiə və Dəniz Siyasətləri Naziri Nello Musumeci bildiirb ki, yardlım paketində zəlzələdə zərərçəkənlər üçün Türkiyəyə səhra xəstəxanası, müvafiq tibbi ləvazimat, dərmanlar və digər vacib tələbat malları göndərilib

Diqqətçəkən odur ki, yardım paketlərinin üzərinə Mövlananın bu sözləri yazılıb: “Ümidsizliyin arxasında neçə ümidlər var, qaranlığın arxasında neçə günəş var”.

Samir,

Mia.az