Türkiyənin dəhşətli zəlzələ baş verdiyi bölgədə növbəti dəfə güclü yeraltı təkanlar olub.
Mia.az NTV-yə istinadla xəbər verir ki, bu gün saat 14.30 radələrində Adıyaman şəhərində 5-6 bal gücündə yeni zəlzələ baş verib.
Məlumatı Türkiyənin Fövqəladə Halların İdarə OlunmasıA gentliyi (AFAD) təsdiqləyib.
Bildirilib ki, dünənki güclü zəlzələdən sonra bölgədə 5-6.5 bal arası çoxsaylı təkanlar davam edir.
Qeyd edək ki, bölgədə hələ də dağıntılar arasında xilasetmə əməliyyatları davam edir. İndiyə qədər 9 mindən çox insan xilas olunub.
Təəssüf ki, 3412 nəfər zəlzələ qurbanı olub.
Zülfiyyə,
Mia.az