Pakistan İslam Respublikasının keçmiş prezidenti, general Pərviz Müşərrəf Dubayda vəfat edib.
MİA.AZ xarici mətbuata istinadla xəbər verir ki, çevriliş yolu ilə iqtidara gələn və ölkəni 8 il idarə etdikdən sonra devrilən və edam hökmünə məhkum olunan general uzun sürən məhkəmə proseslərindən sonra bəraət alıb.
O, 2006-cı ildə Bəlucistan millətçilərinin lideri Əkbər Bugtinin, həmçinin, keçmiş baş nazir Benazir Bhuttonun qətlləri ilə yanaşı dövlət çevirilişində ittiham olunub.
Bəraət aldıqdan sonra isə ölkədən qaçaraq, Dubaya qaçaraq ora sığınmışdı.
General 2001-2008-ci illərdə prezident olub
Bir ara onun ölümü haqda xəbər yayılsa da, sonradan bu yalan çxımışdı.
Dünən isə general uzun müddər Dubayda müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Zülfiyyə,
Mia.Az