ABŞ prezidenti Baydenin Delaverdəki iqamətgahında və şəxsi ofisində axtarış aparılır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Federal Təhqiqatlar Bürosu (FTB) bundan əvvəl onun vitse-prezidenti olduğu dövrə aid məxfi sənədlər tapılmasını əsas gətirərək, araşdrmanı davam etdirir.

Baydenin vəkili Bob Bauer bildirib ki, bu axtarış planlı və gözlənilən idi: "Axtarış başa çatdıqdan sonra əlavə məlumat açıqlanacaq".

Xatırladaq ki, yanvarın 22-də prezident Baydenin evində 13 saatlıq axtarış aparılıb və 6 məxfi sənəd tapılıb.

ABŞ prezidenti Co Bayden məxfi sənədlərlə bağlı suala belə cavab vermişdi: "Bir neçə sənəd səhv yerdə idi. Vəkillərmizin tövsiyəsi ilə təhvil verildi".

Lamiyə,

Mia.az