Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə dənizə düşüb.
Mia.az xəbər verir ki, bu barədə Yunanıstan Dövlət Televiziyası (ERT) xəbər yayıb.
Bildirilib ki, Andravida şəhərinin cənubunda dənizə düşən F-4 tipli döyüş təyyarəsinin pilot və köməkçi qəzadan əvvəl özlərini dənizə atıblar: "Pilotun cəsədi tapılıb, lakin köməkçisnin axtarışı davam edir".
Samir,
Mia.Az