Dünən Pakistanda kamikadze terrorçunun məsciddə törətdiyi dəhşətli terrorda ölənlərin sayı artır.
Mia.az NTV-yə istinadla xəəbər verir ki, dağıntılar altından daha 28 nəfərin meyiti çıxarılıb.
Beləliklə, ölənlərin sayı 87-yə çatıb.
Son məlumata görə, dağıntılar altından yaralılar da çıxaırlmaqdadır. Onların sayı da 200-ü ötüb.
Hazırda xilasetmə işləri davam edir.
***
Son məlumata görə, Pakistanda məsciddə törədilən dəhşətli terrorda ölənlərin sayı artıb.
Mia.az NTV-yə istinadla xəəbər verir ki, daha 14 nəfərin meyiti dağıntılar arasından çıxarılıb.
Beləliklə, ölənlərin sayı 59-a çatıb yaralıların sayı isə 157 nəfərdir.
Hazırda xilasetmə işləri davam edir.
***
Son məlumata görə, Pakistanda məsciddə törədilən dəhşətli terrorda ölənlərin sayı 45-ə, yaralıların sayı isə 160-yə çatıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, yaralıların çoxunun vəziyyəti ağırdır.
Pakistan mətbuatı yazır ki, hadisə ərəfəsində 400-dək polis işçisi də namaz üçün məsciddə olub. Onıarın çoxunun dağıntı altında qaldığı deyilir.
Yayılan qeyri-rəsmi məlumata görə, terroru "Taliban" qruplaşmasına yaxın olan “Tehreek-e-Taliban Pakistan” adlı qruplaşma törədib.
***
Pakistanın Peşavar əyalətində məsciddə namazdan sonra terror törədilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, terror nəticəsində 17 nəfər ölüb, 70-dən çox yaralı var.
Məlumata görə, terroru heç bir qruplaşma üstünə götürməyib.
Bildirilib ki, hazırda dağıntılar altından xilasetmə işləri aparılır.
Zülfiyyə
Mia.az