CHP lideri Kamal Kılıçdaroğlu mayın 14-də keçiriləcək prezident seçkisində 6 partiyanın birlşdiyi və şərti olaraq "6-lı Masa" adlandırılan partiyaların vahid namizədinin adının elan olunacağı tarixi açıqlayıb.
Mia.az xəbər verir ki, "Halk TV"-də qonaq olan CHP lideri müxalifətin vahid namizədinin "6-l Masa"nın növbəti toplantısında elan olunacağını deyib: "Bildiyiniz kimi, növbəti toplantımız fevralın 13-də olacaq. Həmin iclasda da namizədimizi açıqlayacağıq, inşallah".
CHP lideri namizəd olarsa seçkini qazanacağını deyib: "Anketlər zatən bunu təsdiq edir".
Xatırladaq ki, müxalif düşərgədə namizədin fevralın 4-ü, 7-i və 13-ü tarixlərində elan ediləcəyi barədə bir neçə partiyadan anonslar verilib.
Samir,
Mia.az