Türkiyə Konstitusiya Məhkəməsi kürdlərin partiyası kimi tanınan HDP-nin partiyanın qapadılması barədə müki işə seçkidən sonra baxılması barədə tələbinə rədd cavabı verib.
Mia.az NTV-yə istinadla xəbər verir ki, hakimlər bir nəfər kimi bu qərara səs veriblər. Qərara əsasən, partiya 15 gün ərzində bununla bağlı ilkin müdafiə çıxışı təqdim edə bilər: "Ancaq 14 mart tarixində isə partiya son etiraz və ya müdafiə çıxşını təqdim etməlidir".
Beləlklə, HDP-nin qapadılması barədə işə seçkiyədək baxılaraq qərar veriləcək.
Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.
Onu da qeyd edək ki, HDP PKK terror qruplaşmasına siyasi dəstəkdə ittiham olunur.
Bir neçə gün əvvəl MHP lideri Devlet Bahçeli HDP-nin dərhal bağlanmçasının elan edilməsini tələb edib:"HDP vaxt itirilmədən qapadılmalı, bölücü və terror yatağının qapısına kilid vurulmalıdır. HDP-nin istəyi ilə məhkəmə bu işi uzatmamalıdır".
HDP-nin həmsədri Mithat Sancar isə Konstitusiya Məhkəməsinə müraciətlərinin qanuni və haqlı olduğunu vurğulayıb.
Lamiyə,
Mia.Az