Əlcəzairdə qar yağıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ölkənin cənub-qərbindəki bir çox yaşayış məntəqələri, hətta qum səhraları qarla örtülüb.
Ölkənin Bəşar Valiliyi bu gözəlliyi rəsmi səhifələrində paylaşıb.
Xatırladaq ki, Əlcəzair son illər quraqlıqdan çox əziyyət çəkir. Ölkənin bir çox çayları, yeraltı su qaynaqları, həmçinin, su anbarları susuz idi.
Bu qar yağışı, həm də bu səbəbdən ölkədə böyük sevincə səbəb olub.
Zülfiyyə,
Mia.az